Nazirin qadınla dialoqu maraqla qarşılandı — VİDEO

DÜNYA 06 iyn 2024, 16:22
Türkiyənin xarici işlər naziri Hakan Fidan Çinə səfəri çərçivəsində Urumçi və Kaşkar şəhərlərinə səfər edib.

Demokrat.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, türkiyəli nazir Sincan-Uyğur Muxtar Rayonuna bu səfəri zamanı sözügedən şəhərlərdə yerli sakinlərlə söhbət edib. 

H.Fidanın Kaşkarda gəzərkən yaşlı bir qadınla söhbəti isə xüsusilə diqqət çəkib. Qadın nazirə 80 yaşının və adının Emine olduğunu bildirib. O, naziri televizordan tanıdığını qeyd edib. Tərəflər arasında baş tutan səmimi dialoq sosial şəbəkələrdə maraqla qarşılanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top