Qaxda qardaş bacısına xəsarət yetirdi — TƏFƏRRÜAT

KRİMİNAL 06 iyn 2024, 15:03
Qax rayonunda qardaş bacısına xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Qapıçay kəndində baş verib. 1991-ci il təvəllüdlü Elsevər şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı bacısı Rəqsanəyə xəsarət yetirib. 

İzahat verən Elsevər bildirib ki, zərərçəkmiş Rəqsanə onun bacısı, həm də qonşusudur.

Mübahisə zamanı mən Rəqsanəni döyməmişəm. Onun qolundan tutaraq itələmişəm və həyətdən çıxarmışam”. 

Xəsarət alan Rəqsanənin sözlərinə görə, oğlu İsmayılın özünün evində yer olmadığı üçün qardaşı Elsevərgilin evində saxladığı uşaq arabasını gətirdiyini görüb: “Qardaşımın evinə gedərək nə üçün uşaq arabasını oğluma verdiyini soruşdum. Elsevər evində yer olmadığını, digər əşyalarını da çıxaracağını dedi və mənimlə mübahisə etdi. Mübahisə zamanı Elsevər sağ qoluma bir dəfə yumruqla vurdu. Sonra sağ qolumdan sıxaraq itələdi. Mən yerə yıxıldım. Bundan sonra Elsevər sol qulağıma şillə vurdu”. 

Araşdırmalar zamanı Elsevərin barəsində İnziabti Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə ittiham elan edilib. 

Qax Rayon Məhkəməsinin qərarı ilə Elsevər 300 manat miqdarında cərimə olunub. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top