"Real" Modriçlə yeni müqavilə imzaladı

İDMAN 06 iyn 2024, 11:25
"Real" futbolçusu Luka Modriçlə yeni müqavilə imzalayıb.

Demokrat.az insayder Fabrizio Romanonun sosial şəbəkə hesablarına istinadən xəbər verir ki, 38 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti 1 illik uzadılıb. Beləliklə, xorvatiyalı oyunçu 2024/2025 mövsümündə də Madrid təmsilçisində oynayacaq.

Xatırladaq ki, Modriç 2012-ci ildən "Real"da çıxış edir. O, 2023/24 mövsümündə bütün yarışlarda 46 matçda iştirak edib, 2 qol vurub və 8 qolun ötürməsini verib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top