Şəhid Ədalət Abbasovun nəşinin qalıqları ailəsinə təhvil verilib

DAXİLİ SİYASƏT 06 iyn 2024, 00:10
Birinci Qarabağ döyüşləri zamanı şəhid olan Ədalət Vilayət oğlu Abbasovun nəşinin qalıqları ailəsinə təhvil verilib.

"Report"un Qərb bürosunun məlumatına görə, 1970-ci ildə Daşkəsən rayon Xoşbulaq kəndində anadan olmuş Abbasov Ədalət Vilayət oğlunun nəşinin qalıqları yaxınlarının yaşadığı kəndə aparılıb və ailəsinə təhvil verilib.

Onun nəşinin qalıqları sabah dəfn olunacaq.

Qeyd edək ki, Ə.Abbasov 1992-ci ildə hərbi xidmətə çağırılıb və həmin il Çıldıran uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

O, naməlum şəhid kimi Tərtər rayonunda dəfn olunan, Birinci Qarabağ döyüşlərində itkin düşmüş Azərbaycan vətəndaşlarından olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top