Azərbaycanlı gənc ABŞ-də vəfat etdi

HADİSƏ 05 iyn 2024, 21:10
ABŞ-nin San-Fransisko şəhərində azərbaycanlı gənc vəfat edib.

Publika.az xəbər verir ki, xeyli müddətdir Kaliforniya ştatının San-Fransisko şəhərində yaşayan Samir Quliyev xəstəxanada dünyasını dəyişib.

Yaxınları bildiriblər ki, Samir bir neçə gün əvvəl səhhəti ilə əlaqədar xəstəxanaya yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Samir ştatdakı Azərbaycan diasporunun fəallarından biri imiş.


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top