“Audiovizual Şura tərəfindən vətəndaş şikayətləri əsasında monitorinqlər aparılır” — Fazil Novruzov

MEDİA 04 iyn 2024, 14:50
“Lisenziyalaşma ilə bərabər bizim əsas işimiz mütəmadi olaraq monitorinqlərin aparılmasıdır. Bu monitorinqlər demək olar ki, bütün audiovizual media subyektlərini, xüsusilə də yayımçıları əhatə edir. Təbii ki, operator məzmun üzərində cavabdehlik daşımadığından onun fəaliyyətinin monitorinq olunması başqa aspektlərdən aparılır, təqdim etdiyi kontent üzərindən deyil”.

Demokrat.az xəbər verir ki, bunu Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzov "Audiovizual media: Normalar, reallıqlar və çağırışlar" mövzusunda onlayn media subyektləri ilə keçirilən dəyirmi masada çıxış edərkən deyib. O qeyd edib ki, digər yayımçılar – platforma yayımçıları, regional yayımçılar, sifarişli yayım xidməti provayderlərinin monitorinqi isə vətəndaş şikayətləri əsasında aparılır:

“73 lisenziya sahibinin kontentinin monitorinq olunması fiziki olaraq mümkün deyil. Bu sahədə biz beynəlxalq təcrübədən yararlanırıq. Beynəlxalq təcrübə göstərir ki, əsasən, monitorinq aparılan qurumlar ümumölkə səviyyəli qurumlardır. Regional, lokal, məhdud səviyyəli yayım həyata keçirən yayımçıların monitorinqi isə yalnız şikayətlər əsasında aparılır”, - deyə Fazil Novruzov bildirib. 

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top