Azərbaycan gimnastları Monteneqroda yeddi qızıl medal qazanıblar

İDMAN 02 iyn 2024, 19:30
Azərbaycan bədii gimnastları Monteneqronun Budva şəhərində keçirilən "Montenegro Cup"da yeddi qızıl, bir gümüş və bir bürünc medal qazanıblar.

Böyüklər arasında Mədinə Dəmirova (çoxnövçülük) qızıl mükafata layiq görülüb.

Gənclər arasında Şəms Müvəffəqi gümüş, Mədinə Abbaslı bürünc medal (hər ikisi çoxnövçülük) əldə edib.

Yeniyetmələrdən Məryəm Baloğlanova və Nur Sadıqova hər biri üç qızıl mükafata yiyələnib. Onlar halqa, top və gürzlərlə hərəkətlərdə uğurlu çıxış ediblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top