Ərdoğan Liviyanın baş nazirini qəbul edib

REGİON 31 may 2024, 22:52
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Liviyanın Baş naziri Əbdülhəmid Dibeybeni  qəbul edib.

Demokrat.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, görüşdə Türkiyə ilə Liviya münasibətləri, Liviyada baş verən son hadisələr, İsrailin Fələstin ərazisinə hücumları, regional və qlobal məsələlər müzakirə edilib. 

Prezident Ərdoğan görüş zamanı Türkiyə-Liviya əlaqələrinin bütün sahələrdə inkişaf etməkdə davam etdiyini bildirib.

Həmçinin, Liviyada birlik və həmrəyliyin təmin edilməsi üçün dialoq prosesinin başlanmasının faydalı olacağını və Türkiyənin buna hazır olduğunu açıqlayıb. 

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top