Tatu etdirən insanlarda xərçəngi riski daha yüksəkdir

MARAQLI 31 may 2024, 21:25
İsveçdə aparılan bir araşdırma, döymələri olan insanların xərçəng olma ehtimalının daha çox olduğunu ortaya çıxarıb.

Demokrat.az
xəbər verir ki, bu barədə araşdırma “Science Direct” saytında dərc olunub.

Belə ki, tədqiqatçılar 2007-2017-ci illər arasında xərçəng diaqnozu qoyulmuş 20-60 yaş arası 11.905 nəfərin məlumatlarından istifadə edərək döymə və xərçəng arasında əlaqəni araşdırıblar. 

Tədqiqatçılar müəyyən ediblər ki, döymə etdirən insanlarda xərçəngin inkişaf riski, olmayanlara nisbətən 21 faiz daha yüksəkdir. 

Tədqiqatçılar döymədə istifadə edilən mürəkkəbin tərkibində kanserogen kimyəvi maddələrin olduğunu bildirib.

Və bu kimyəvi maddələrin döymə zamanı dəri baryerini deşərək bədənə daxil olduğunu və xərçəng riskini artırdığını açıqlayıblar. 

Aysu
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top