Tərtər çay üzərində yeni SES-lərin tikintisinin icra vəziyyəti açıqlandı

İNFRASTRUKTUR 31 may 2024, 14:29
Tərtər çay üzərində yeni su elektrik stansiyalarının (SES) tikinti işlərinin 30 %-i icra olunub.

Demokrat.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov bu gün keçirilən Birləşmiş Krallığın Xarici İşlər, Birlik və İnkişaf ofisinin (FCDO) maliyyələşdirdiyi "Gənc Aqrosahibkarlar" layihəsinin açılış Konfransında deyib.

Onun sözlərinə görə, bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bütün layihələrin formatında ekoloji məsələlər prioritet təşkil edir: “Oxçuçay üzərində 42 MVt gücündə SES-lər artıq quraşdırılıb: “Bunun 3-ü artıq istifadəyə verilib. Həkəri çayı üzərində isə bir neçə stansiya fəaliyyət göstərir. Bu çayın üzərində yeni stansiyaların da tikintisi davam etdirilir”.

O həmçinin qeyd edib ki, 2030-35-ci ilə qədər istehsal olunan enerjinin 30 %-ini alternativ mənbələr üzərində qurulacaq. (Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top