Azərbaycan millisi Türkiyə ilə üz-üzə

İDMAN 31 may 2024, 10:20
Azərbaycanın qadın futbolçulardan ibarət millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti matçına çıxacaq.

Demokrat.az xəbər verir ki, Siyasət Əsgərovun komandası B Liqasının 1-ci qrupunda Türkiyə ilə qarşılşacaq. Görüş "Ərzincan 13 Şubat" şəhər stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 21.00-da başlayacaq. Matçı fransalı referi Aleksandra Kollin idarə edəcək.

Qeyd edək ki, Azərbaycan millisi bunadək səfərdə Macarıstanla heç-heçə (1:1) edib, evdə İsveçrəyə 0:4 hesabı ilə məğlub olub. Komanda 1 xalla qrupda sonuncu - 4-cü pillədə qərarlaşır.

21:00. Türkiyə - Azərbaycan
Baş hakim: Aleksandra Kollin
“Ərzincan 13 Şubat”

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top