İtaliya: Ukraynaya heç vaxt əsgər göndərməyəcəyik

DÜNYA 30 may 2024, 20:45
“İtaliya Ukraynanı dəstəkləmək üçün heç vaxt bölgəyə qoşun göndərməyəcək”.

Demokrat.az
xəbər verir ki, bu fikirləri İtaliyanın xarici işlər naziri Antonio Tajani bildirib.

Nazir vurğulayıb ki, İtaliya Rusiya ilə müharibə aparmır:

“Biz Ukraynaya döyüşmək üçün bir əsgər belə göndərməyəcəyik və Ukraynaya göndərdiyimiz silahların onun hüdudlarından kənarda istifadə olunmasını istəmirik. 

Biz Rusiya ilə müharibə aparmırıq, buna görə də, Ukrayna Silahlı Qüvvələrinin İtaliya silahlarından yalnız Ukrayna ərazisində istifadəsinin tərəfdarıyıq”.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top