Deputat: “Rəqiblərini “vurmaq” üçün söyüş müxalifətini saxlayanlar Əliyev irsinə xəyanət içərisindədilər”

SİYASƏT 29 may 2024, 21:58
“Söyüşü də, şantajı da, siyasətə Əli Kərimov və onun ətrafındakılar gətirib. Bugünki söyüş müxalifəti də məhz Əli Kərimovun xidmətlərinin nəticəsidir”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Kamal Cəfərov bildirib.

Onun sözlərinə görə, “söyüş bloggeri” olan Tural Sadıqlı və digərləri də Əli Kərimovun əsasını qoyduğu xətlə gedirlər:

“Xüsusilə xaricdə fəaliyyət göstərən söyüş müxalifətinin əsas sponsorları isə Azərbaycanın böyük zəfərini qəbul edə bilməyən, bu gün Qafqaz regionunu qarşıdarmağa çalışan beynəlxalq təşkilatlardır. Onlar Azərbaycana qarşı, Müzəffər liderimiz İlham Əliyevə qarşı, böyük zəfərimizə qarşı, şəhidlərimizin ruhuna qarşı olan bütün təşəbbüsləri maliyyələşdirirlər. Onlara xidmət edənlər isə elə xalqımızın belində çıxan çibanlardır”. 

Deputat deyib ki, son zamanlar hüquq-mühafizə orqanları Tural Sadıqlı və Əfqan Muxtarlı kimi dələduzların ölkə daxilindəki şəbəkəsini və qeyri-qanuni əməllərini ifşa edib:

“İndi mətbuatda məlumatlar gedir ki, bəzi məmurlar da həmin söyüş müxalifətinə maliyyə yardımı göstərib. Səbəbindən asılı olmayaraq, bu cür məmurlar ən ağır formada cəzalandırılmalıdır və ifşa olunmalıdırlar. Şəxsi nüfuzunu Azərbaycanın milli maraqlarından və ali rəhbərliyindən üstün tutan istənilən məmur xəyanət içərisindədir. 

Eyni zamanda hakimiyyət daxili məqsədlər üçün, rəqiblərini “vurmaq” xatirinə söyüş müxalifətindən istifadə edənlər, onlara məlumat ötürənlər, onları saxlayanlar da Əliyev irsinə xəyanət içərisindədilər. 

Bu çirkin oyunda iştirak edən çibanlar, özünü “ağıllı” hesab edən məmurlar elə cəzalandırmalıdır ki, görk olmalıdır. Bir də heç kim bu cür xəyanətə cəsarət etməsin”.


Elmar Heydərli
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top