İraqın Baş naziri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

XARİCİ SİYASƏT 29 may 2024, 20:01
İraq Respublikasının Baş naziri Məhəmməd Şiya əs-Sudani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Demokrat.az xəbər verir ki, təbrikdə deyilir:

"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə şəxsən öz adımdan, həmçinin İraq Respublikasının hökuməti və xalqı adından Sizə ən xoş arzularımı və səmimi təbriklərimi çatdırıram.

Bu xoş fürsətdən istifadə edərək dost ölkələrimiz və xalqlarımız arasında əməkdaşlıq əlaqələrinin uğurla davam edəcəyinə əmin olduğumu bildirirəm.

Zati-aliləri, Sizə davamlı uğurlar və xoşbəxtlik, Azərbaycan hökumətinə tərəqqi, xalqına isə firavanlıq arzulayıram".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top