Yayda istirahət mərkəzlərində qiymətlər necə olacaq? — Artım gözlənilir...

TURİZM 29 may 2024, 16:56
İyun ayı yaxınlaşır, artıq yay gəlir. Yay tətilində bölgələrimizə üz tutanlar az deyil. Maraqlıdır, bu il bölgələrdə otellərdə, ictimai iaşə obyektlərində və digər istirahət, əyləncə mərkəzlərində qiymətlərdə artım ola gözlənilirmi?

Turizm eksperti Cabir Dövlətzadə Demokrat.az-a açıqlamasında deyib ki, iyun ayından etibarən bölgələrdə istirahət mərkəzlərində canlanma baş verir: 

“İyunda artıq məktəblər, universitetlər bağlanmış olur, xarici turistlərin sayında da artım müşahidə olunur. Xarici  turistlər həm Bakının tarixi, mədəni məkanlarını gəzir, həm də təbiəti ilə seçilən bölgələrimizə üz tuturlar. 

Qiymətlərdə də artım qaçılmazdır. Adi vaxtlarla müqayisədə turizm mövsümündə qiymətlərdə 30-50 faiz artım olur. Bu, hər il baş verir. Xüsusilə son aylarda Bakı ilə bir sıra dünya şəhərləri arasında birbaşa reyslərin açılması, aşağı büdcəli uçuşların təşkili turist sayına ciddi təsir edib. 



Qonşu Rusiyadan gələn turistlər həmişəki kimi üstünlük təşkil edir. Çünki Rusiyaya tətbiq olunan sanksiyalar rusların indi daha çox MDB ölkələrinə səfərlərinə səbəb olub”. 

Ekspert qeyd edib ki, turizm sahəsində mərkəzdə olan keyfiyyət artıq yerlərdə də özünü göstərir:

“Turizm şirkətləri tərəfindən bir çox seminarlar keçirilir, bu da xidmətin yaxşılaşmasına təkan verir. Müştəri məmnuniyyəti daim ön planda olmalıdır. Bu il turizm mövsümünün daha çox davam edəcəyi gözlənilir. Noyabr ayında COP29 tədbiri ilə bağlı turizm mövsümü pik həddinə çatacaq. Bu da turizm gəlirlərinin artmasına  və turizmdən yararlanan yanaşı sektorların inkişafına müsbət təsir göstərəcək”.


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
02 iyl 2024, 18:43
Top