Abid Şərifovun işdən çıxarılan kürəkəninin vəzifəsi kimə həvalə edildi?

DAXİLİ SİYASƏT 02 iyl 2024, 17:28
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsinə yeni rəis təyin edilib.

"Qaynarinfo"nun məlumatına görə, Penitensiar Xidmətin rəisi ədliyyə general-mayoru Mirsaleh Seyidovun təqdimatı əsasında sözügedən vəzifəyə rəis əvəzi Fariz Natiq oğlu Əliyev gətirilib.

Qeyd edək ki, Fariz Əliyev həmçinin sözügedən müəssisənin rəis müavinidir.

Xatırladaq ki, 6 saylı cəzaçəkmə müəssisəsinin təqaüdə göndərilən sabiq rəisi Məmməd Mahmudov baş nazirin sabiq müavini Abid Şərifovun kürəkənidir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top