“Üstünlük Rusiyadadır” — Zelenski danışıqlara başlayacaq?

GÜNDƏM 27 may 2024, 19:10
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə atəşkəsə dair razılıq əldə etmək imkanını nəzərdən keçirmədiyini bildirib. Bu barədə Rusiya mətbuatı məlumat yayıb. Zelenskinin fikrincə, Rusiya belə xəbərlərdən öz mövqelərini gücləndirmək üçün istifadə edə bilər. Rusiya Prezidenti Vladimir Putin isə bir neçə gün əvvəl Ukrayna ilə sülh danışıqlarının bərpasının zəruri olduğunu bildirmişdi. 

Politoloq Əhəd Məmmədli Demokrat.az-a açıqlamasında deyib ki, Zelenski artıq dalana dirənib:

“Çünki Zelenski əvvəlki çıxışlarından sonra indi desə ki, Rusiya ilə danışıqlara başlayırıq, artıq bu, məğlubiyyət kimi qiymətləndirilə bilər. Zelenski hələ də ümid bəsləyir ki, Qərbdən ona dəstək veriləcək və bu dalandan çıxacaq. Ona görə də Rusiya ilə danışıqlardan söhbət gedə bilməz. Həm də Zelenski müstəqil dövlət başçısı deyil ki, istədiyini etsin. Ukrayna prezidenti onu bu mövqeyə gətirənlərlə hesablaşmalıdır. Çünki onun ABŞ və Britaniyadan siyasi, maliyyə və hərbi sahədə asılılığı var. Bu iki böyük anglosaks dövlət indiyə qədər Ukraynaya yaxşı cəhbədə olan vaxt imkan vermədilər ki, Ukrayna Rusiya ilə danışıqlara başlasın. İndi də yəqin ki, ən azı Britaniya Ukraynaya sona qədər getməyi tövsiyə edir və ona dəstək verəcəyini deyir. Zelenski əlbəttə ki, tam azad, istədiyi kimi hərəkət edə bilmir. Üstünlük artıq Rusiyadadır”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top