Keniyalı yarışçı dünya rekordu qırdı

İDMAN 26 may 2024, 10:23
Keniyalı atlet Beatris Çebet "Diamond League" mərhələsində 10 000 metr məsafəyə qaçışda yeni dünya rekordu müəyyənləşdirib.

Yarış Yucin şəhərində (Oreqon, ABŞ) baş tutub.

Çebet məsafəni 28 dəqiqə 54,14 saniyəyə qət edib və 29 dəqiqəyə qədər 10 000 metr qaçan ilk idmançı olub.

Bundan əvvəlki dünya rekordu efiopiyalı Letesenbet Gideyə məxsus olub və 2021-ci ildə (29 dəqiqə 01,03 saniyə) müəyyən edilib.

Qeyd edək ki, Çebetin 24 yaşı var. O, 5000 metr məsafəyə qaçışda dünya çempionatının gümüş (2022) və bürünc (2023) mükafatçısıdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top