Pioli "Milan"dan ayrılır

İDMAN 24 may 2024, 19:38
"Milan" klubu baş məşqçi Stefano Pioli ilə yollarını ayırıb.

Demokrat.az
xəbər verir ki, bu barədə klubun rəsmi saytından açıqlama verilib.

Açıqlamada, Stefano Pioliyə ötən ilki rəhbərliyinə, unudulmaz liqa titulunu qazandığına və Milanı Avropanın möhtəşəm yarışına qaytardığına görə təşəkkür edilib:

"Milanın çempion olmasına kömək edən Pioli bu mövsüm çətinliklərlə üzləşdi. Buna baxmayaraq "Milan" 2021/22 İtaliya çempionu olub.

Həmin mövsümdə Pioli İtaliya futbolunun A Seriyasının ən yaxşı məşqçisi kimi tanınıb”.

Qeyd edək ki, Lopeteqinin onu əvəzləyəcəyi gözlənilsə də indi Milanda Konte, de Zerbi və Paulo Fonsekanın adları çəkilir.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top