“AFB BANK” tender elan edir

MALİYYƏ 24 may 2024, 12:15
“AFB BANK” Açıq Səhmdar Cəmiyyəti tender elan edir.

Tenderin adı:
 “AFB BANK” ASC tərəfindən informasiya təhlükəsizliyi hadisələri və hadisələrin idarə olunması sistemi üzrə proqram təminatının (SİEM) satın alınması 
Tenderin elan tarixi: 24.05.2024
Tenderin son tarixi : 20.06.2024

04.05.2024-cü il  tarixinə kimi tenderdə iştirak yazılı olaraq təsdiq edilməlidir.
20.06.2024-cü il tarixinə kimi qiymət təklifləri göndərilməlidir.

Proqram təminatına dair ümumi texniki tələblər:

1.  Real vaxt analizi, qrafik və hesabat funksiyaları, hadisələrinin izlənməsi, təhlili və idarəedilməsi xüsusiyyətləri;
2.  Məhsul müxtəlif vendor məhsulları ilə inteqrasiya edilə biləcək açıq standartlara uyğun olması;
3.  Müddətsiz (perpetual) lisenziya;
4.  Təklif olunan məhsulun texniki dəstək və təlim xidmətləri olmalı;
5.  Mövcud təhlükəsizlik sistemləri ilə (IDS/IPS, zərərli proqramlar əleyhinə, şəbəkə monitorinqi, və s.) inteqrasiyası mümkün olmalıdır;
6.  Tenderə təklif verən şirkətlərdən məhsulun təqdimatı və ya pilot testi tələb edilə bilər;

Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə)
- İddiaçının tam adı, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri;
- İştirakçının Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması haqqında müvafiq vergi orqanından arayış
- Daha əvvəl həyata keçirilmiş layihələr və istifadəçi referansları
- tender təklifi 31.12.2024 tarixinə kimi  qüvvədə olmalıdır;

Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:    

- Optimal qiymət təklifi;
- Sənədləşmənin tələb olunan qaydada təşkili;
- Sifarişin vaxtında və düzgün qaydada icrası;
 
Tenderdə iştirak etmək istəyən  şirkətlər iştirak ərizəsini tələb edilən sənədlər ilə birlikdə 04.05.2024-cü il -tarixinə kimi   poçt vasitəsilə  (Bakı şəh.,Yasamal r-nu, N.Nərimanov pr.206/466  ) ünvanına  Vüsal Mehdiyev adına göndərməlidir.Tenderdə iştirakı təsdiq edilən şirkətlərə ikinci mərhələdə əsas şərtlər toplusu və texniki tələblər göndəriləcək. Yaranacaq suallarla bağlı  e-mail  vasitəsi ilə ( vusal.mehdiyev@afb.az ) müraciət edə və yaxud Vüsal Mehdiyev (050 290 10 66)  ilə əlaqə saxlaya bilərsiniz.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top