Qubada ər arvadına xəsarət yetirdi — TƏFƏRRÜAT

KRİMİNAL 23 may 2024, 17:51
Quba rayonunda 1992-ci il təvəllüdlü Sərdar ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Vəsiləyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin martın 31-də Quba rayonunun Hacıhseynli kəndində baş verib. 

Sərdar qayınatası Xalidin evində aralarında ailə münasibətləri zəminində yaranmış mübahisə zamanı arvadı Vəsilənin üz və baş nahiyyəsindən yumruqla qəsdən vuraraq ona xəsarətlər yetirib.

Hadisəni törədən Sərdarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sərdar elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, martın 31-də arvadı Vəsiləni öz evlərinə aparmaq məqsədi ilə qayınatasının yaşadığı Quba rayonu, Hacıhüseynli kəndinə gedib və saat təxminən 17:00-da arvad ilə söhbət zamanı aralarında mübahisə düşüb. Onun sözlərinə görə, bu zaman Vəsilənin üz və baş nahiyyəsindən yumruqla vurub. 

Bu cinayət işinə Quba Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Sərdarın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top