Nəhəng ekran insanların üzərinə aşdı

DÜNYA 23 may 2024, 18:14
Meksikada Xorxe Alvares Maynezin seçki mitinqində səhnədəki nəhəng ekran insanların üzərinə aşıb.

Demokrat.az
xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində azı 9 nəfər ölüb, 50 nəfər yaralanıb. 

Fəlakət zamanı X.A.Maynezin xəsarət almadan xilas olduğu, komandasının bəzi üzvlərinin isə yaralandığı bildirilib.

Qəzadan sonra Maynez kampaniya fəaliyyətini dayandırıb və səlahiyyətlilərdən şəffaf araşdırma tələb edib.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top