Bu ərazilərdə qaz olmayacaq

SOSİAL 22 may 2024, 08:51
Bu gün bəzi ərazilərdə qaz kəsiləcək.

Bu barədə "Azəriqaz" İB-dən bildirilib.

Bildirilib ki, yeni çəkilmiş qaz xəttinin mövcud mənbəyə qoşulması, qaz kəmərlərinin hava kompressoru vasitəsilə kipliyə sınaq olunması məqsədilə 22.05.2024-cü il tarixində saat 10:00-dan etibarən Sabunçu və Xəzər rayonlarının bəzi ərazilərinin qaz təchizatı dayandırılacaq.

Qeyd olunub ki, qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonu üzrə Sabunçu və Zabrat qəsəbələrinin, Xəzər rayonu üzrə isə Binə Sovxoz adlanan yaşayış ərazisinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top