Sumqayıtda 2 ilin gəlini başqa kişi ilə yazışarkən tutuldu — TƏFƏRRÜAT

HADİSƏ 20 may 2024, 13:17
Sumqayıt şəhərində 1991-ci il təvəllüdlü Mədət ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Kəmaləyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisəni törədən Mədətin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mədət ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O bildirib ki, 2022-ci ildə Kəmalə ilə ailə qurub: 

“Hadisə günü, saat 22:30-da Kəmalənin telefonuna mesaj gəldi. Kəmalədən telefonu tələb etdim. Kəmalə telefonu vermədiyi üçün telefonu ondan aldım və gələn mesajları oxudum. Mesajlara baxdıqda Kəmalənin başqa şəxslə yazışdığını müəyyən etdim. Əsəbləşərək şillə ilə onun baş və üz nahiyyəsinə vurdum. Bundan bir az sonra Kəmalənin anası gələrək onu evlərinə apardı. Daha sonra mənə məlum oldu ki, Kəmalə barəmdə şikayət edib”. 

İş üzrə zərərçəkmiş Kəmalənin sözlərinə görə, Mədət əsassız olaraq onun başqa şəxslə danışmasını bildirirək onu döyüb: 

“Mədət şillə ilə baş və üz nahiyyəmə zərbə endirdi. Mədətin zərbələri nəticəsində üz və baş nahiyyələrim qızardı, həmçinin göyərdi. Bundan sonra anama zəng edərək çağırdım. Az sonra anam gəldi. Biz birlikdə 5-ci Polis Bölməsinə gedərək şikayət etdik”.

Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Mədət 6 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 

Təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhərindəki fərdi evi tərk etməmək, Sumqayıt və Bakı şəhərlərinin, həmçinin Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub. 


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top