“Rusiya Xarkovu ələ keçirməyi planlaşdırmır” — Putin

DÜNYA 17 may 2024, 21:55
Rusiya prezidenti Vladimir Putin Xarkov vilayəti ilə bağlı planlarını açıqlayıb.

Demokrat.az
xəbər verir ki, o, bu barədə Çinə səfəri çərçivəsində mətbuata açıqlama verərkən danışıb.

Prezident vurğulayıb ki, Ukraynadakı qarşıdurmalar Kiyev rəhbərliyinin səhvləri ucbatından baş verib:

"Onlar faciəvi hadisələrin günahını Rusiyanın üzərinə atmağa çalışırlar. 

Lakin baş verənlər onların siyasətlərinin nəticəsidir. Xarkov istiqamətində baş verənlər də onların günahıdır. 

Çünki Belqorod da daxil olmaqla sərhəd bölgələrindəki yaşayış məntəqələrini bombaladılar və hücumlar davam edir. 

Belə davam edərsə, təhlükəsizlik zonası, bufer zonası yaratmalı olacağıq. Rusiyanın Xarkovu ələ keçirməyi planlaşdırmasına gəldikdə isə hazırda belə bir planımız yoxdur”.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top