ABŞ-də şiddətli fırtına: Ölənlər var

DÜNYA 17 may 2024, 18:14
ABŞ-nin Texas ştatında güclü yağış və fırtına nəticəsində 4 nəfər ölüb.

Demokrat.az
xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.

Bildirilib ki, Hyuston şəhərində ağaclar aşıb və elektrik xətlərinin zədələnməsi nəticəsində bir milyondan çox insanın işıqsız qalıb. 

Fırtınada xəsarət alanlardan 2-si üzərinə ağac düşməsi ilə, digərləri isə Kranın altında qalaraq ölüb.

Bölgədə məktəblər bağlanıb və əhaliyə diqqətli olmaları ilə bağlı xəbərdarlıq edilib.

Qeyd edək ki, saatda 160 kilometr sürətlə əsən fırtınanın 2008-ci ildə 650 mindən çox evə ziyan vuran "İke qasırğası" ilə eyni olduğu bildirilib.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top