Gürcüstana sanksiyalar tətbiq edilə bilər — AÇIQLAMA

GÜNDƏM 15 may 2024, 19:59
"Bu ilin oktyabrında Gürcüstanda parlament seçkiləridir. Seçkilərə kimi prezident" Xarici Agentlər haqqında" Qanunu imzalamayacaq. Bu qanunun qəbulu Gürcüstan hakimiyyəti ilə Qərb arasında siyasi böhrana yol açıb".

Bunu Demokrat.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. O qeyd edib ki, Prezident Zurabişvili qanuna veto qoyacağını elan edib:



"Bu qanunun qəbulunda israrlı görünən hökumət növbəti parlament seçkilərində müxtəlif yollarla da olsa hakimiyyəti qoruyub saxlayacağını hesablayır. Əgər, seçkilərdə "Gürcü Arzusu" partiyası hakimiyyətdə növbəti dəfə qalarsa, Qərblə münasibətlər  kəsiləcək. Gürcüstana sanksiyalar tətbiq ediləcək. Gürcüstanda siyasi böhran bundan sonra yeni mərhələyə keçəcək. Ölkədə siyasi sabitliyin təmin olunması seçkilərdən aslı olacaq".

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top