PFL-in Azərbaycan mediasına qarşı ayrı-seçkili YANAŞMASI

İDMAN 15 may 2024, 15:46
“Peşəkar Futbol Liqası” İctimai Birliyi (PFL) rəhbərliyin qərarına əsasən, fevral ayından etibarən qeyri-idman saytlarının jurnalist qeydiyyatı dayandırılıb.

Bu barədə PFL-dən Demokrat.az-ın jurnalist qeydiyyatı ilə bağlı sorğusuna cavab olaraq bildirilib.

Daha sonra PFL-nin açıqlamasında qeyd olunur ki,  bu səbəbdən sizin (Demokrat.az-ın) müraciətinizə müsbət cavab verilməyib.

“Saytımızı və sosial şəbəkə səhifələrimizi izləməyinizi xahiş edirik. Növbəti mövsüm üçün iyul ayında akkreditasiya elanı verildikdə yenidən müraciət edə bilərsiniz.
 
Müraciətinizə görə təşəkkür edirik”.

Qeyd edək ki, PFL-nin müraciətimizə bu formada qeyri-obyektiv cavab verməsi bu təşkilatın mediaya olan ayrı-seçkiliyini və qərəzli münasibətini bir daha sübut edir. 

Demokrat.az idman sahəsinə, xüsusilə də Azərbaycan milli çempionatlarına hər zaman geniş yer ayırır. Belə olan halda PFL-nin bir çox ictimai-siyasi xəbər saytlarını qeydiyyata almasına baxmayaraq, Demokrat.az-ın müraciətinə qərəzli yanaşması bu təşkilatın fəaliyyətində ciddi şübhələr yaradır. 

Ümid edirik ki, PFL rəhbərliyi Azərbaycan mediasına qarşı göstərdiyi bu cür ayrı-seçkili münasibətin məntiqi izahını verəcək. 


Rauf Ağazadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top