Avstraliyalı həkim öz beyin xərçəngini sağaltdı

DÜNYA 14 may 2024, 20:58
Avstraliyalı alim Riçard Skolyer öz üsulları ilə özünü müalicə edərək xərçəngə qalib gəlib. 

Demokrat.az
xəbər verir ki, bu barədə ölkənin Sidney Universiteti məlumat yayıb.

Bildirilib ki, müalicə zamanı immunoterapiyadan istifadə olunub:

“Həkim Riçard öz xəstəliyinin müalicəsi də daxil olmaqla, yeni üsullar yaratmağa davam edir. 

Bir müddət əvvəl beyin xərçəngində heç vaxt sınaqdan keçirilməmiş üsullar əsasında Dr. Riçard Skolyerin müalicəsinə başlanılıb”.

Qeyd edək ki, şişi cərrahi yolla çıxarılan Skolyer daha sonra müxtəlif vaxtlarda MRT müayinəsi ilə xərçəngin təkrarlanmadığını yoxlayıb.

Son müayinədə isə xərçəngin təkrarlanmadığını açıqlayıb.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top