Məşhur sovet müsiqiçisinin terrorçu elan edilməsi təklif olundu

DÜNYA 13 may 2024, 16:51
Rusiya Dövlət Dumasında məşhur sovet estrada müğənnisi, “Maşina vremeni” qrupunun rəhbəri Andrey Makareviçin terrorçu kimi tanınması təklif edilib.

Demokrat.az bildirir ki, Dövlət Dumasının deputatı Sultan Həmzəyev musiqiçi Andrey Makareviçin ekstremist və terrorçu kimi tanınması ilə bağlı Rusiya İstintaq Komitəsinə müraciət hazırlayıb.

Qeyd edək ki, prankerlər Vovan (Vladimir Kuznetsov) və Lexus (Aleksey Stolyarov) prezident Vladimir Zelenskinin adından Makareviçə zəng vurublar. Sənətçi də aldandığını baş düşməyərək “Ukraynanın qələbəsinin ilk günündə” Kiyevdə çıxış etmək istədiyini deyib. Makareviç həmçinin bildirib ki,Ukrayna Silahlı Qüvvələrinə kömək edəcək.

“İnanıram ki, bu cür bəyanatlar  Makareviçin xain kimi bütün mahiyyətini ortaya qoyur. O, ölkəmizin dağılmasını istəyir. Yəni o, ekstremist və terrorçu kimi tanınmalıdır. Mən öz növbəmdə İstintaq Komitəsinin sədri Bastrıkinə ünvanlanmış müraciətlər hazırlamışam”, – deyə o, RİA Novosti-yə bildirib.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 oktyabr 2024, 22:36
Top