Kobaxidze: “Etirazçılar polisə qarşı zorakılığa hazırlaşır”

REGİON 12 may 2024, 23:20

Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, xarici agentlər haqqında qanuna etiraz edənlər tezliklə polisə qarşı zorakılığa əl atmağı planlaşdırır.

APA xəbər verir ki, bu barədə “Sputnik Georgia” agentliyi məlumat yayıb.

Hökumət başçısı hesab edir ki, müxalifətin təşkil etdiyi və xaricdən maliyyələşən aqressiv gənclər qrupları polisə hücum etməyə hazırlaşır.

“Sabah və o biri gün zorakılıq törətməyi planlaşdıran radikal müxalifətin hər bir nümayəndəsinə xəbərdarlıq etmək istəyirəm ki, onların cinayəti cəzasız qalmayacaq və çox güman ki, Prezident Salome Zurabişvili də onları əfv edə bilməyəcək”, - Kobaxidze vurğulayıb.

Baş nazir polisi maksimum təmkinli olmağa, Avropa və ABŞ-dan daha yüksək standartlara uyğun hərəkət etməyə çağırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top