Blinken: "ABŞ və Avropa Ukraynanı silahla təmin etmək üçün əlindən gələni edir"

DÜNYA 12 may 2024, 20:59

ABŞ dövlət katibi Antoni Blinken bildirib ki, Vaşinqton və onun avropalı tərəfdaşları Ukraynaya silah tədarük etmək üçün əlindən gələni edir.

 Blinken bunu “CBS” telekanalına müsahibəsində deyib.

“Biz bu yardımı göndərmək üçün əlimizdən gələni edirik. Bunu avropalılar da edirlər”, - dövlət katibi qeyd edib.

Xatırladaq ki, qısa müddət öncə Vaşinqton Kiyevə 400 milyon dollar dəyərində yeni hərbi yardım verəcəyini açıqlamışdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 iyn 2024, 23:59
Top