Qəzzada ölənlərin sayı 35 minə yaxınlaşdı

DÜNYA 06 may 2024, 17:51
İsrail ordusunun hücumlarını davam etdirdiyi Qəzza zolağında can itkisi 34 min 735 nəfərə çatıb.

Demokrat.az
xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda, son 24 saatda daha 52 fələstinlinin həyatını itirdiyi, 90 fələstinlinin isə yaralandığı bildirilib. 

Qeyd edilib ki, İsrailin Qəzza zolağına 213 gün ərzində təşkil etdiyi hücumlarda ölənlərin sayı 34 min 735-ə, yaralıların sayı isə 78 min 108-ə yüksəlib.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top