COP29-la bağlı güzəşt — Şirkətlər vergi ödəməyəcək

COP29 02 may 2024, 15:23
Milli Məclisdə COP29-la bağlı vergi güzəştlərinin tətbiq edilməsinə dair Vergi Məcəlləsinə dəyişiklik qəbul edilib. Dəyişikliyə görə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın təsdiqedici sənədi əsasında tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar malların təqdim edilməsinə, işlərin görülməsinə və xidmətlərin göstərilməsinə cəlb olunmuş qeyri-rezident fiziki şəxslərin bu fəaliyyət çərçivəsində əldə etdiyi gəlirlər 2024-cü il martın 1-dən 9 ay müddətinə gəlir vergisindən azad edilir. 

İqtisadçı ekspert Xalid Kərimli sözügedən qərarı Demokrat.az-a açıqlamasında şərh edib. O qeyd edib ki, tədbirin keçirilməsi əlavə xərclərin yaranması deməkdir:

“Qeyri-rezidentlər xarici ölkələrin vətəndaşlarıdır və müvəqqəti olaraq COP29 ilə əlaqədər layihədə iştirak edirlər. Vergi güzəştləri şirkətlər və bazar iştirakçılarına öz xidmətlərini daha əlçatan şəkildə təklif etmək üçün şərait yaratmış olacaq. Dəyişiklik xarici ölkənin rezidentlərinə görəcəyi işə görə vergidən azad olunmanı nəzərdə tutur. Bunun nə Azərbaycanın əmək bazarına, nə də sahibkarlara təsiri olacaq. Sadəcə COP29-la bağlı şirkətlərin, sahibkarların xərcləri azalacaq. Əvvəllər hansısa şirkət konsultant dəvət edəndə ona ödədiyi maaşdan əlavə, həm də dövlətə vergi ödəyirdisə, indi bu vergidən azad olunacaq. Yəni indi həmin vergi verilməyəcək. Bu güzəşt COP29 tədbiri ilə bağlı qısamüddətli layihədir”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
16 may 2024, 20:42
Top