"Aİ Azərbaycanın COP29-da sədrliyini dəstəkləyir"

COP29 02 may 2024, 12:51
Avropa İttifaqı (Aİ) iqlim problemlərini daha qlobal səviyyədə həll etmək üçün Azərbaycanın COP29-da sədrliyini dəstəkləyir və onunla işləməyə hazırdır.

Demokrat.az xəbər verir ki, bunu Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko Ümumdünya Mətbuat Azadlığı Günü münasibətilə jurnalistlərlə görüşündə deyib.

Onun sözlərinə görə, bu il tərəflər arasında əməkdaşlığın əsas istiqaməti iqlim dəyişikliyi mövzusudur:

“Avropa İttifaqı və Azərbaycan yaxın tərəfdaşlar olaraq qalır. Biz dialoqumuzu və sıx əməkdaşlığımızı davam etdirməyə hazırıq. Prioritet olan sahələr var. Bu il buraya qlobal əhəmiyyət kəsb edən iqlim dəyişikliyi ilə mübarizə daxildir. Bu sahə Aİ-Azərbaycan münasibətləri üçün xüsusi əhəmiyyət kəsb edir”. (Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
16 may 2024, 20:42
Top