Azərbaycan minifutbol millisi beynəlxalq turnirin qalibi oldu — FOTO

İDMAN 02 may 2024, 08:43
Minifutbol üzrə Azərbaycan millisi Monteneqronun paytaxtı Podqoritsa şəhərində keçirilən beynəlxalq turnirin qalibi olub.

Azərbaycan Minifutbol Federasiyasından Demokrat.az-a verilən məlumata görə, yığma həlledici oyununda son dünya çempionu Rumıniya komandası ilə qarşılaşıb. Görüş seçməmizin 5:4 hesablı qələbəsi ilə yekunlaşıb.

Bununla da Elşad Quliyevin yetirmələri mükafata sahib çıxıblar.

Turnirin ən yaxşı qapıçısı Vəli Qafarov, ən yaxşı futbolçusu adına isə Elvin Əlizadə layiq görülüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 iyl 2024, 21:15
12 iyl 2024, 20:17
Top