Türkiyə ilə İraq sərhədində hərbi baza yaradıldı — Terrorizmlə mübarizə güclənir

HƏRBİ 01 may 2024, 12:00
İraq 30 ildən sonra ilk dəfə Türkiyə ilə sərhəddə hərbi baza yaradıb. Türkiyə ilə sərhəddəki Zaho rayonunun Kişani kəndində iki hərbi baza qurulub. Bildirilir ki, bu, iki ölkə arasında sərhəd təhlükəsizliyini təmin etmək üçün İraq və Türkiyə arasında əməkdaşlıq çərçivəsində atılmış addımdır.

Politoloq Ramiyə Məmmədova Demokrat.az-a açıqlamasında deyib ki, Türkiyə uzun zamandır Suriya və İraqda, ümumiyyətlə, Yaxın Şərqdə terrorizmlə mübarizə aparır: 

“Aparılan əməliyyatlarda İraq sərhədçiləri də Türkiyəyə dəstək verirlər. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 12 ildən sonra İraqa səfərinin və xarici işlər naziri Hakan Fidanın Yaxın Şərqdə keçirdiyi çoxsaylı görüşlərin nəticəsi olaraq İraqla Türkiyə arasında hərbi baza yaradıldı. 

Düşünürəm ki, artıq Türkiyə-İraq sərhədində terrorçuların aktivliyi azalacaq və PKK-nın fəaliyyəti məhdudlaşacaq. Terrorçulara hərbi baza vasitəsilə həm Türkiyə, həm də İraq tərəfi müdaxilə edə biləcək. 

PKK terrorçuları artıq sərhəd xəttini rahat keçə bilməyəcəklər. Hərbi əməliyyatlar aparılacaq bu bazalarda. Bu, böyük  terror aktlarının qarşısının alınmasına kömək edəcək. Sərhəddə hərbi bazanın yaradılması həm də regionun təhlükəsizliyi üçün vacibdir”.


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top