"Azərbaycanın COP29 konfransına ev sahibliyi etməsi ölkəmizin beynəlxalq aləmdə nüfuzunun yüksək səviyyədə olmasından xəbər verir. Bu tədbirin Azərbaycanda keçirilməsi üçün əksər dövlətlərin və beynəlxalq təşkilatların müsbət rəy verməsi də ölkəmizin güclü xarici əlaqələrinin göstəricisidir".
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib. O qeyd edib ki, Azərbaycan COP29-dan öncə də "yaşıl ətraf mühit"in formalaşdırılması və" yaşıl gündəliy"in mövcudluğunu reallıqda sübut edən bir dövlət idi:
"Azərbaycan ətraf mühitin qorunması, iqlim dəyişikliyinə qarşı mübarizənin ən yüksək səviyyədə təşkil edilməsində maraqlıdır və bununla bağlı dövlət siyasəti həyata keçirir. Azərbaycan uzun illərdir ki, iqlim dəyişikliklərinin fəsadlarının aradan qaldırılması, ətraf mühitin qorunması, şirin su ehtiyatlarının öyrənilməsi və inkişaf etdirilməsi, eyni zamanda nəsli kəsilməkdə olan heyvanların qorunması ilə yanaşı meşə massivinin yenidən salınması işlərində aktivlik göstərir. Dövlət bununla bağlı xüsusi layihələr həyata keçirir. Eyni zamanda Heydər Əliyev Fondu və digər qeyri-hükumət təşkilatları, vətəndaş cəmiyyəti tərəfindən ekologiya ilə bağlı çoxlu sayda işlər görülür”.
Deputat əlavə edib ki, COP29-un Azərbaycanda keçirilməsi iqlim dəyişiklikləri ilə bağlı bu günə qədər qəbul edilmiş qərarların və layihələrin reallaşdırılması, ən əsası bu layihələr üçün maliyyəni təmin edəcək:
“Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində çox aktiv iştirak edən bir dövlətdir. Eyni zamanda Azərbaycan Avropaya yaşıl enerjini ixrac edəcək bir dövlətə çevrilmək istəyir. Bununla əlaqədar olaraq Azərbaycan Qara dənizin dibindən keçən xüsusi yaşıl enerji dəhlizini qorumağı planlaşdırır. Azərbaycanın yaşıl enerjisinin məhz Avropaya ötürülməsi yaxın gələcəkdə mümkün olacaq. Bir sözlə, Azərbaycan 2030-cu ilə qədər öz daxilində yaşıl enerjidən istifadəni 30 faizdən çox artıracaq. Havaya buraxılan zəhərli qazların miqdarı azalacaq. Nəticə etibarı ilə Azərbaycan ətraf mühitin qorunmasına bu şəkildə də töhfə vermiş olacaq. Azərbaycanın məhz ekologiya, ətraf mühit və yaşıl enerji ilə bağlı lahiyələri reallaşacağı təqdirdə Azərbaycan region üçün çox önəmli işlər görmüş olacaq. COP29-da bu məsələ ilə bağlı açıq suallar öz cavabını tapacaq”.
Törə Zeynallı
Demokrat.az