İdarə yanğın olan məktəblə bağlı məlumat yaydı

HADİSƏ 24 apr 2024, 13:43
Bakıda yerləşən 153 nömrəli tam orta məktəbin kitabxanasının elektrik yuvasında qısaqapanma səbəbindən tüstülənmə baş verib.

Bu barədə Demokrat.az-a Bakı Şəhər Təhsil İdarəsindən (BŞİH) məlumat verilib.

Bildirilib ki, məktəbin işçiləri tərəfindən operativ şəkildə ilkin qabaqlayıcı tədbirlər görülüb. Şagirdlər təxliyə olunub, xəsarət alan yoxdur.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlara məlumat verilib.

Müvafiq mütəxəssislər tərəfindən məktəbə baxış keçirilərək problemin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top