Azarkeşlər futbolçuya bıçaq atdı — VİDEO

İDMAN 23 apr 2024, 17:55
Kolumbiya çempionatında xoşagəlməz hadisə yaşanıb. 

Demokrat.az xəbər verir ki, “Medelin” -“Atletiko Nasyonal” derbisində meydan sahiblərinin azarkeşləri rəqib futbolçu Pablo Cepelliniyə bıçaq atıb.

Bıçaq oyunçunun başına dəyib. Hadisə matçın 90+2-ci dəqiqəsində baş verib, lakin referi oyunu dayandırmayıb. 

Qeyd edək ki, “Medelin” – “Atletiko Nasyonal” matçı 2:2 hesablı bərabərliklə başa çatıb.


SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top