Culfada ağır yol qəzası: Ölənlər var

HADİSƏ 23 apr 2024, 10:36
Naxçıvanın Culfa rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, Ərəzin kəndi ərazisində baş verən hadisədə "Chevrolet Nova" markalı avtomobillə "Tofaş" markalı avtomobil toqquşub.

Nəticədə avtomobildə olan Cəfərov Kamal Qürbət oğlu və Rüstəm adlı şəxs hadisə yerində ölüb. 2001-ci il təvəllüdlü Sahilov İbrahim İldırım oğlu və 1998-ci il təvəllüdlü Əlizadə Əbülfəz Elçin oğlu isə yaralanıb.

Onlar Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri ağırdır.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top