Ağstafada avtomobil qəzası olub, xəsarət alanlar var

HADİSƏ 21 apr 2024, 09:13
Ağstafa rayonunda yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə nəticəsində 1993-cü il təvəllüdlü S.Həsənov və 1999-cu il təvəllüdlü S.Əliyev xəsarət alıb.

Onlar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıb.

Vəziyyətləri ağır və orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top