Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXI turun daha iki oyunu keçiriləcək.
"Report"un məlumatına görə, ilk olaraq çempionluğunu rəsmiləşdirmiş "Qarabağ" "Qəbələ"ni qəbul edəcək. "Köhlən atlar"ın 72 xalı var, "qırmızı-qaralar" 16 xalla sonuncu - səkkizinci pillədə qərarlaşıb.
Günün ikinci matçında "Neftçi" "Zirə"nin qonağı olacaq. Meydan sahibləri 46 xalla dördüncü, "ağ-qaralar" 47 xalla üçüncü sıradadır.
Azərbaycan Premyer Liqası
XXXI tur
20 aprel (şənbə)
16:30. “Qarabağ” – “Qəbələ” Hakimlər: Fərid Hacıyev, Pərvin Talıbov, Rəhman İmami, Kamranbəy Rəhimov Hakim-inspektor: Barış Şimşek AFFA nümayəndəsi: Asif Əliyev Tofiq Bəhramov adına Respublika Stadionu
19:00. “Zirə” – “Neftçi” Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamal Umudlu Hakim-inspektor: Əmrah İbrahimov AFFA nümayəndəsi: İlham Əliyev Zirə İdman Kompleksinin stadionu
Qeyd edək ki, ötən gün "Sumqayıt" səfərdə "Turan Tovuz"a qalib gəlib - 4:1. XXXI tur aprelin 21-də başa çatacaq.

