Qəzzada ölənlərin sayı 34 mini ötdü

DÜNYA 19 apr 2024, 19:30
İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı 34 min 12 nəfərə yüksəlib.

Demokrat.az
xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi açıqlama yayıb.

 Açıqlamada, İsrailin 196 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib. 

Məlumatda, İsrail ordusunun Qəzza zolağına son 24 saatda həyata keçirdiyi hücumlarda daha 42 fələstinlinin həyatını itirdiyi, 63 fələstinlinin isə yaralandığı bildirilib. 

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayının 34 min 12-yə, yaralı sayının isə 76 min 833-ə yüksəldiyi qeyd edilib.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top