Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir

REGİON 19 apr 2024, 14:10
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir.

Demokrat.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən onlyan iclasında müzakirəyə çıxarılan “Media haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi çap mediası subyektinin təsisçisi ola biləcək.

Qeyd edilib ki, "Media haqqında" qanunda dəyişiklik Naxçıvan Muxtar Respublikası Ali Məclisinin "Şərq qapısı qəzetinin təsisçisi statusunun qanunvericilikdə təsbit edilməsi və qəzetin fəaliyyətinin təmin olunmasının hüquqi əsasının yaradılması ilə əlaqədar hazırlanıb.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top