Moskvada S400-lər üçün raket istehsal edən zavodda yanğın baş verib

DÜNYA 16 apr 2024, 22:58

Moskvada Klara Setkin küçəsində yerləşən “Avanqard” zavodunun ərazisində yanğın baş verib.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə "Moskva" xəbər agentliyi məlumat yayıb.

Bildirilib ki, yanğın 50 kvadratmetr ərazini əhatə edib və vaxtında gələn yanğınsöndürənlər tərəfindən lokallaşdırılıb.

Qeyd edək ki, Moskva Maşınqayırma Zavodu "Avanqard" ASC "Almaz-Antey" Aerokosmik Müdafiə Konserni" Səhmdar Cəmiyyətinin bir hissəsidir. Şirkət həm də S-300 və S-400 zenit-raket sistemləri üçün sursat istehsal edir. Eyni zamanda, zavodun saytında qeyd olunur ki, şirkət Rusiyada bu raketləri istehsal edən yeganə şirkətdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top