Hazırda Xəzər dənizinin səviyyəsinin enməsi və suyun sahildən geriyə çəkilməsi ilə əlaqədar Bakı şəhərinin Dənizkənarı Milli Parkında gəzinti gəmiləri müvəqqəti olaraq işləmir.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, gəzinti gəmiləri dənizdə suyun səviyyəsinin enməsi ilə əlaqədar 2022-ci ilin oktyabrından fəaliyyətini dayandırıb: “Gəmilər texniki baxışdan keçirilib, heç bir texniki nasazlıq yoxdur. Sadəcə olaraq sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə hazırda gəzinti gəmilərinin işləməsi qeyri-mümkündür”.