Futbol üzrə Azərbaycan Kubokunda 1/4 finala yüksələn sonuncu klubun adına Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda aydınlıq gəlib.
1/8 finalda üz-üzə gələn "Sumqayıt" və MOİK kollektivlərinin görüşündə meydan sahibləri 3:1 hesablı qələbəyə sevinib.
"Gənclik şəhəri" təmsilçisinin qollarını Sertan Taşkın (30), Sənan Muradlı (98) və Rəhim Sadıxov (118) vurub. "Hərbiçilər"in heyətində isə İbrahim Əliyev (64) fərqlənib.
Vaqif Cavadovun rəhbərlik etdiyi "Sumqayıt" növbəti mərhələdə "Sabah"la qarşılaşacaq. (Report)