Sənədsiz evlərlə bağlı şad xəbər

SOSİAL 04 dekabr 2024, 23:51
Sənədsiz evlərlə bağlı işlər artıq tamamlanmaq üzrədir.

Demokrat.az Xəzər TV-yə istinadən bildirir ki, valideynlər bildirir ki, rəsmi qurumlara müraciət ediblər...Hələki nəticə yoxdur.

Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri xidmətinin məlumatına görə, həyat və sağlamlıq üçün təhlükəli olmayan, vətəndaşların müvafiq icazələr almaqdan yayınaraq inşa etdikləri evlərin müəyyən prosedurlardan keçərək sənədləşdirilməsi istiqamətində iş aparılır və bununla bağlı normativ sənəd hazırlanır. Qarşıdakı il vətəndaşlar daha dəqiq məlumatlar alacaqlar.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyir ki, sənədsiz əvlərin böyük hissəsi əsasən paytaxt ərazisində yerləşir. Onlara isə müxtəlif səbəblərdən çıxarış verilmir.

Elnur Fərzəliyev bildirib ki, sənədsiz fərdi yaşayış evlərinin çıxarışla təmin olunması həm də bu evlərin ipoteka predmeti olmasına səbəb olacaq. Bu da aztəminatlı ailələrin də yararlanmasına şərait yaradacaq.

Əmlak eksperti onu da bildirib ki, kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilən fərdi yaşayış evlərində torpağın təyinatı dəyişdirildikdən sonra çıxarış verilə bilər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
05 dekabr 2024, 08:27
04 dekabr 2024, 22:37
Top