“Storytelling”: müasir publisistikanın yeni narrativləri və aktual trendləri” təlimi yekunlaşıb

SOSİAL 04 dekabr 2024, 22:50
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə media nümayəndələri üçün “Storytelling”: müasir publisistikanın yeni narrativləri və aktual trendləri” mövzusunda keçirilən ikigünlük təlim yekunlaşıb.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyindən AZƏRTAC-a verilən məlumata görə, təlimin keçirilməsində əsas məqsəd ictimai fikir fenomeni olaraq insanların düşüncələrinə təsir edən və ideyanın daha çevik, müasir şəkildə təqdimatına dair yeni metodları özündə cəmləşdirən “storytelling” barədə media nümayəndələrini məlumatlandırmaq, həmçinin jurnalistlərin yaradıcı şəxsiyyət kimi fərdi üslublarını inkişaf etdirərək hekayə danışmağın gücünü daha effektiv və cəlbedici şəkildə çatdırması, multimedia vasitələrindən istifadə edərək jurnalistika fəaliyyəti ilə məşğul olma, müasir mediada məzmunun daha interaktiv formada təqdim olunması imkanları, şəkillər, videolar, infoqrafika və səs effektləri kimi bir çox elementləri bir araya gətirərək xəbərlərin təsvir edilməsi istiqamətində bacarıqlarının artırılmasıdır.

3-4 dekabr tarixlərini əhatə edən təlim çərçivəsində “Publisistik üslubun xüsusiyyətləri: Bədii publisistikanın janrları”, “Storytelling”: mediada istifadə formaları, ənənəvi və yeni yazı üsulları”, “Narrativ nəzəriyyəsi: prinsipləri və istiqamətləri (mühazirə və simulyasiya)”, “Vörkşop: nəzəri biliklərin möhkəmləndirilməsi” ilə bağlı media nümayəndələri üçün sessiyalar keçirilib. Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
04 dekabr 2024, 22:37
Top